Bəzən önəm vermədiyimiz əlamətlər ciddi xəstəliyin xəbərçisi ola bilər.
Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, bu qənaətə rusiyalı terapevt İrina Yeskova gəlib. O, bildirib ki, ayaqlarda və əllərdə olan uyuşmalıq bəzi xəstəliklərin insan orqanizmində baş qaldırdığını qeyd edir:
MÖVZU İLƏ BAĞLI:
Qəhvəni belə içməyin – Həkimlər xəbərdarlıq edir
“Şəkərli diabet, dağınıq skleroz və romatoid artridi zamanı belə hallar baş verir. Belə hallarda neyropatiya inkişaf edir, bunun da nəticəsində sinir kökləri əziyyət çəkir”.
Bundan əlavə, uyuşma Reyno xəstəliyinin (aşağı və yuxarı ətrafların arterial damarlarının xəstəliyi) inkişafını göstərə bilər.
“Bu zaman soyuğa çıxanda barmaqlar göy rəngdə olur. Bu müalicə edilmədiyi təqdirdə qanqrenə çevrilə bilir”,- deyə o, xəbərdarlıq edib.
Bizim.Media