Şəki-Zaqatala bölgəsində “KOB Dostları”nın sayı ARTIRILDI - FOTO 

Şəki-Zaqatala bölgəsində “KOB Dostları”nın sayı ARTIRILDI - FOTO 

Hazırda oxunan: Şəki-Zaqatala bölgəsində “KOB Dostları”nın sayı ARTIRILDI - FOTO 

140243

“KOB Dostu” Balakən və ətraf rayonlarda yeni KOB subyektlərinin yaranmasına və biznesin inkişafına təkan verəcək. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Balakəndə “KOB Dostu”nun fəaliyyətə başlaması ilə əlaqədar bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə sahibkarlarla görüş keçirilib.

Aidiyyəti dövlət qurumlarının nümayəndələrinin və sahibkarların iştirakı ilə keçirilən tədbirdə sahibkarların biznesin qurulması və inkişaf etdirilməsi sahəsində ehtiyaclarına dair fikir və təklifləri dinlənilib, dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA-nın dəstək və xidmətləri barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentlik tərəfindən sahibkarlara göstərilən dəstək və xidmətlər, o cümlədən “KOB Dostu” mexanizmi barədə danışıb. Qeyd olunub ki, hazırda ölkənin 41 şəhər və rayonunda “KOB Dostu” ofisləri fəaliyyət göstərir. Balakən “KOB Dostu” rayonun iqtisadi potensialından maksimum istifadə etməklə dövlət dəstəyi mexanizmləri çərçivəsində sahibkarlığın inkişafına və yeni KOB subyektlərinin yaranmasına dəstək olacaq, KOBİA-nın dəstək və xidmətlərini sahibkarlar üçün daha əlçatan edəcək.

Sahibkarlar Balakən “KOB Dost”ları ilə fəal əməkdaşlığa dəvət edilib. Sonra Balakən “KOB Dostu” rayonun biznes ictimaiyyətinə təqdim edilib, sahibkarlar “KOB Dostu”nun fəaliyyət göstərəcəyi ofislə tanış olublar.

Digər “KOB Dostu” ofislərində olduğu kimi, Baləkən “KOB Dostu” ofisində də sahibkarlara xidmət göstərilməsi, onlarla görüşlərin keçirilməsi üçün lazımi şərait yaradılıb. Burada “KOB könüllüləri” də fəaliyyət göstərəcəklər. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO