Naxçıvanda azad iqtisadi zonanın yaradılmasının ƏHƏMİYYƏTİ – ŞƏRH  

Naxçıvanda azad iqtisadi zonanın yaradılmasının ƏHƏMİYYƏTİ – ŞƏRH  

Hazırda oxunan: Naxçıvanda azad iqtisadi zonanın yaradılmasının ƏHƏMİYYƏTİ – ŞƏRH  

140172

Xəbər verildiyi kimi, Naxçıvanda azad iqtisadi zona yaradılacaq. Azad iqtisadi zonanın yaradılması Azərbaycan Prezidentinin təsdiq etdiyi "Naxçıvan MR-in sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün dövlət proqramı"nda öz əksini tapıb. Zonanın layihəsinin hazırlanmasına bu ildən başlanılacaq.  

Bizim.Media xəbər verir ki, iqtisadçı-deputat Vüqar Bayramov məsələni şərh edib.  

Onun sözlərinə görə məqsəd ticarət və logistika imkanlarının genişlənməsi ilə Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının sürətli inkişafını təmin etməkdir: 

“Eyni zamanda, Naxçıvanın bütün ərazisi üçün gömrük rüsum güzəştini nəzərdə tutan xüsusi gömrük rejiminin yaradılması da həyata keçiriləcək. Bu siyahıya Azərbaycanda istehsal edilən mallar daxil edilməyəcək. Proqram çərçivəsində Naxçıvan şəhərində rüsumsuz ticarət mağazalarına bərabər güzəştlərin tətbiq olunduğu Ticarət Mərkəzinin yaradılması da nəzərdə tutulur. Bu o deməkdir ki, şəhərdə daha aşağı qiymətə məhsulların satışını həyata keçirəcək ticarət mərkəzi fəaliyyət göstərəcək. 

Proqrama əsasən, hava yolu ilə Naxçıvan Muxtar Respublikasına səfər edən, Azərbaycanın digər bölgələrindən olanlar üçün idxal gömrük ödənişləri üzrə güzəşt hədlərinin və şərtlərinin müəyyən edilməsi də həyata keçiriləcək. 
Bütövlükdə, proqramla Naxçıvanda daha azad və liberal rejimə malik olan zonanın formalaşdırılması nəzərdə tutulur”. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO