Döyüş texnikalarımızın hərəkəti üçün yeni təminat yolları ÇƏKİLDİ

Döyüş texnikalarımızın hərəkəti üçün yeni təminat yolları ÇƏKİLDİ

Hazırda oxunan: Döyüş texnikalarımızın hərəkəti üçün yeni təminat yolları ÇƏKİLDİ

140044

Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə cari il ərzində 9 km-dək yeni təminat yolları çəkilib. 

Bizim.Media xəbər verir ki, bu barədə MN-dən bildirilib. 

Məlumata görə, 38 km-dək mövcud təminat yolları təkmilləşdirilərək bərpa edilib. 

Qeyd olunub ki, mina təmizlənmə işlərində əsas səylər azad edilmiş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO