Rusiya Kaxovka SES-i məsafədən partladıb - Ukraynalı kəşfiyyatçı

Rusiya Kaxovka SES-i məsafədən partladıb - Ukraynalı kəşfiyyatçı

Hazırda oxunan: Rusiya Kaxovka SES-i məsafədən partladıb - Ukraynalı kəşfiyyatçı

140043

Rusiya ordusu Kaxovka Su Elektrik Stansiyasını (SES) məsafədən partlatmaq üçün bəndə partlayıcı maddələr və texnika yerləşdirib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusovun teleefirdəki bəyanatına istinadən xəbər verir.

“Məsafədən nəzarət olunan partlayış həyata keçirmək üçün partlayıcı maddələrin, müvafiq texnikanın daşınması faktları mövcuddur, belə faktlar və sübutlar var”, - deyə o bildirib. 

Yusovun sözlərinə görə, partlayıcı maddələrin gücünün dəyərləndirməsi barədə dəqiq məlumat az sonra veriləcək.

Qeyd edək ki, bu gecə Rusiya qoşunları Kaxovka SES-ində bəndi partladıblar. 

“Ukrhidroenerqo”dan bildiriblər ki, stansiya tamamilə dağıdılıb və bərpası mümkün deyil.

Prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak qeyd edib ki, bəndin Rusiya ordusunun 205-ci motoatıcı hissəsi tərəfindən partladılması ehtimal olunur.

Kaxovka SES-in partladılması 80 yaşayış məntəqəsini su altında qalmaq təhlükəsi ilə üz-üzə qoyub. Hakimiyyət orqanları insanların ərazidən təxliyəsini həyata keçirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO