Azərbaycanda qeyri-neft ixracı 22 % artdı

Azərbaycanda qeyri-neft ixracı 22 % artdı

Hazırda oxunan: Azərbaycanda qeyri-neft ixracı 22 % artdı

139957

Bu ilin yanvar-may aylarında Azərbaycan 1 465,85 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,1 % çoxdur.

Təkcə mayda isə qeyri-neft ixracının dəyəri 278,25 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 25,8 % çoxdur.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2021-ci illə müqayisədə 12,3 % artaraq 3 milyard 47 milyon 67 ABŞ dolları təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO