Azərbaycan Şuşa türməsindəki dəhşətlərə görə Ermənistanı Beynəlxalq Məhkəməyə VERƏCƏK?

Azərbaycan Şuşa türməsindəki dəhşətlərə görə Ermənistanı Beynəlxalq Məhkəməyə VERƏCƏK?

Hazırda oxunan: Azərbaycan Şuşa türməsindəki dəhşətlərə görə Ermənistanı Beynəlxalq Məhkəməyə VERƏCƏK?

139790

Şuşa həbsxanası ərazisində kütləvi məzarlığın aşkar olunması azərbaycanlıların qanunsuz saxlanılaraq onlara ağır işgəncələr, amansız zorakılıqlar verildiyini sübut edir. Azərbaycanlılara qarşı törədilmiş növbəti vandalizm və günahsız insanların kütləvi məzarlıqda 5-5, 10-10 dəfn edilməsi insanlıq əleyhinə törədilən ən dəhşətli cinayətlərdən biri kimi qiymətləndirilib. 

Ən ağılasığmazı isə erməni vandallarının hamilə qadınların qarınlarını yarıb körpələri donuzlara atmaları olub. Aşkarlanan bu məzarlıq həmin hadisələrin nümunəsi olaraq ortaya çıxıb.

Qeyd edək ki, bu günə qədər Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkar edilmiş kütləvi məzarlıqlardan, ümumilikdə, 400-dən artıq insan meyit qalıqları aşkar edilib.

Tarixin müxtəlif dövrlərində erməni faşizminin vandallığına məruz qalan Azərbaycan sözügedən cinayətlərlə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edəcəkmi?

Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev Bizim.Media-ya açıqlamasında bildirib ki, nəticəsindən asılı olmayaraq hökumət Beynəlxalq Cinayət Məhkəməsinə milli ayrıseçkiliklə bağlı müraciət etməlidir:

“Çünki hər belə bir müraciətin beynəlxaq qurumlarda adı çəkilir və məlumat yayılır. Bu, özü də informasiya müharibəsidir. Ermənilər hər bir imkandan istifadə edərək Avropa və Beynəlxalq Cinayət məhkəmələrinə müraciət edir. Biz də bundan istifadə etməliyik. Amma qeyd etməliyəm ki, bizdə beynəlxalq məhkəmələrdə çalışan ittihamçı  və vəkil qıtlığı var. 

Digər ölkələrdə yaşayan ekspertləri isə bu işlərə cəlb etmək vaxt aparır. Ən azından ona görə ki, konflikti və tarixçəsini, milli qanunları, iki ölkə arasında bağlanmış müqavilələri bilməlidirlər. Hər dəfə dad edirik ki, Azərbaycan hökuməti bu sahədə mütəxəssislərin yetişməsinə və vəkillərin ixtisaslaşmasına çox diqqət yetirməlidir. 

Etiraf edək ki, bu günə qədər belə vəkillər yetişməyib. Düzdür Avropa Məhkəməsi ilə işləyən vəkillər var.

Amma hökumət onları bu proseslərə cəlb eləmir. Hərçənd ki, bu insanlar peşəkar və vətənpərvərdirlər. Şuşa ilə bağlı şikayəti təqdim etmək bir məsələdir. Bunu sonra orada müdafiə etmək və marağımıza uyğun qərar qəbul etdirmək lazımdır. Bu hissə isə çox çətin mərhələdir”.

Qeyd edək ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Şuşada aşkarlanan kütləvi məzarlıqla bağlı bəyanat yayıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO