Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti 30 il müddətində terror hadisələri ilə də müşayət olunub. II Qarabağ Müharibəsinin getdiyi günlərdə bu məsələ daha da aktuallaşıb.
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) terror xəbərdarlığının ardından ABŞ-ın Azərbaycandakı səfirliyi bəyanat yaydı. Bəyanatda deyilirdi ki, “Abşeron J.W. Marriott” kimi otellər də daxil olmaqla potensial olaraq Bakının digər yerlərində ABŞ vətəndaşlarına və digər əcnəbilərə qarşı baş verə biləcək terror hücumları və qaçırılmalar barədə etibarlı məlumatlar əldə edilib.
“ABŞ kimi böyük bir dövlətin səfirliyinin öz əməkdaşlarına müraciət etməsi, onların təhlükəsizliyinə təhdid olduğundan narahatlıq keçirməsi məsələnin ciddiliyindən xəbər verir”.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Arzu Nağıyev bildirir ki, ermənilər tarix boyu terroçu olublar: “Mütəmadi olaraq bizə qarşı nəqliyyatda, boru kəmərlərində və digər mühüm əhəmiyyətli obyektlərdə terrora əl atıblar. Əhaliyə tövsiyə edirik ki, ayıq-sayıq olsunlar. Cüzi diqqətsizlik çoxsaylı insan tələfatına gətirib çıxara bilər. Tanımadıqları insanlarla ünsiyyətə girməsinlər. Şübhəli şəxs, əşya ilə bağlı hüquq - mühafizə orqanlarına dərhal xəbər versinlər”.
Bəs, Azərbaycanda təhlükəsizlik tədbirləri nə səviyyədə təşkil olunub? Bunu araşdırmaq üçün “JW Marriott Abşeron Bakı” otelinə yaxınlaşıb müşahidə aparmaq istədim. Otelin şəkillərini çəkərkən qarşı küçədən 3 avtomobildən polis əməkdaşları məni əhatəyə aldı. Niyə şəkil çəkdiyim sorğulandı. Şəkillərin silinməsi tələb olundu.
Dərhal 39-cu polis bölməsinə aparılaraq ətraflı sorğu-sual olundum. Araşdırmalardan sonra jurnalist olduğum və sadəcə müsahibə üçün yaxınlaşdığıma tam əmin olunduqdan sonra sərbəst buraxıldım. Müsahibə almağıma isə heç ehtiyac qalmadı. Çünki suallarıma cavab almışdım. Təhlükəsizlik tədbirləri gücləndirilmiş şəkildə həyata keçirilir.
Təranə Mirzəyeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:10 / 27.10.2020
Arzu Nağıyev: "Əhaliyə tövsiyə edirik ki, ayıq-sayıq olsunlar"
Hazırda oxunan: Arzu Nağıyev: "Əhaliyə tövsiyə edirik ki, ayıq-sayıq olsunlar"
Hazırda oxunan: Arzu Nağıyev: "Əhaliyə tövsiyə edirik ki, ayıq-sayıq olsunlar"
1396
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.