“On ildən artıqdır ki, dünyada ən sürətli artım tempini nümayiş etdirən və bir çox ölkələrdə iqtisadiyyat sahəsində dünyanın aparıcı dövləti olan Çinin təcrübəsinə hörmət edilir, çünki bu təcrübə ən dərindən və yaxından öyrənilməyə layiqdir”.
Bizim.Media “kommersant.ru”ya istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov səsləndirib.
Kreml sözçüsü bildirib ki, Rusiya iqtisadiyyatının inkişafı üçün bütün ölkələrin təcrübəsi nəzərə alınmalıdır.
SSRİ dövrünün iqtisadi təcrübəsinə misal çəkən D.Peskov qeyd edib ki, bu dövlətin uzunmüddətli planlaşdırma təcrübəsi vardı:
“Amma təbii ki, bu təcrübəni indiki məqama və ölkəmizin özəlliklərinə uyğunlaşdırmaq lazımdır”.
Qeyd edək ki, bir neç gün əvvəl RF-nın iqtisadi inkişaf naziri Maksim Reşetnikov “Vedomosti”yə müsahibəsində, Çində iqtisadiyyatın idarə olunması üçün iki xarakterik prinsipin müəyyən edildiyini bildirib.
Daha uzun müddətə, yəni 15-20 il müddətinə planlaşdırmanın və tələbatın monitorinqinin vacibliyini qeyd edən nazirin sözlərinə görə, əhali arasında və ya korporativ sektorda istehlakda azalma qeydə alındıqda, səlahiyyətlilər buna operativ reaksiya verir və büdcə hesabına kompensasiya edirlər.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
Dünya
15:20 / 03.06.2023
“SSRİ təcrübəsini indiki dövrə uyğunlaşdırmalıyıq” – Peskov
Hazırda oxunan: “SSRİ təcrübəsini indiki dövrə uyğunlaşdırmalıyıq” – Peskov
Hazırda oxunan: “SSRİ təcrübəsini indiki dövrə uyğunlaşdırmalıyıq” – Peskov
139523
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.