Bakıda skuterlər yığışdırılır? - Rəsmi AÇIQLAMA 

Bakıda skuterlər yığışdırılır? - Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Bakıda skuterlər yığışdırılır? - Rəsmi AÇIQLAMA 

139373

Bakıda skuter icarəsi mobil tətbiqləri fəaliyyətlərini müvəqqəti dayandırdığı barədə bildirişlər göndərir. 

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Bizim.Media-ya açıqlamasında bildirib ki, skuterləri idarə edənlər də digər hərəkət iştirakçıları kimi məsuliyyət daşıyır və qaydaları pozduqları təqdirdə cərimələnirlər. 

“Skuterlər mopedlərə oxşar xüsusiyyətlər olduğu üçün onların hərəkəti "Yol hərəkəti haqqında” qanunun 46-cı maddəsində nəzərdə tutulduğu kimi vəzifə və hüquqlara sahibdir. Hər bir skuter idarə edən şəxs nəzərdə tutulmuş qaydada yolun sağ hissəsi ilə bütün qaydaları icra etməklə bu növ qeyri-mexaniki vasitələri idarə edə bilərlər. Dəbilqədən istifadə etmədikdə 40 AZN, digər hallara görə, yəni İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən isə 20-100 AZN məbləğində cərimələr müəyyən olunub", - deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO