Vaxtilə Gürcüstandan müalicə üçün gəlirdilər, indi isə həkim tapılmır... – FOTO 

Vaxtilə Gürcüstandan müalicə üçün gəlirdilər, indi isə həkim tapılmır... – FOTO 

Hazırda oxunan: Vaxtilə Gürcüstandan müalicə üçün gəlirdilər, indi isə həkim tapılmır... – FOTO 

139342

22 mindən çox əhalisi olan Balakənin Qabaqçöl qəsəbəsinin xəstəxanası qəzalı vəziyyətdədir. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qabaqçöl qəsəbəsi rayonun ən ucqar yaşayış məntəqəsi hesab olunur. 

Altı kəndi və bir qəsəbə mərkəzini birləşdirən bu qəsəbədə 22 mindən çox əhali yaşayır. Qəsəbədə lazımi infrastruktur yaradılsa da, xəstəxana qəzalı vəziyyətdədir. 

Təcili yardım 3-4 saata gəlmir.  

Kənd sakinlərinin, xüsusən, ağsaqqalların müraciəti əsasında Qabaqçöl xəstəxanasındakı vəziyyətlə tanış olmaq məqsədi ilə deyilən məkana yollandıq. 

Sakinlərlə xəstəxananın həyətinə daxil olsaq da sonradan TƏBİB-dən qadağa gəldi və bizi bayıra çıxartdılar.

Bizi müşayət edən kənd ağsaqqalı Hacı Osmanov kənd sakinlərinə qarşı bu hərəkəti biabırçılıq kimi qiymətləndirib: 

“Bu TƏBİB-in öz biabırçılığıdır. Axı yaxşı bilirlər ki, daxildə vəziyyət nə gündədir. Xəstəxananın döşəməsi, tavanı, həkimi yoxdur. Həkimlərimiz var, sadəcə hamısını rayon mərkəzi xəstəxanasında işlədirlər. Bir dənə təcili yardım maşını yoxdur. Buradan Balakənə 35-40 km yol edir, kəndin başından Balakən mərkəzi xəstəxanasına təcili yardım çağırası olsaq, gəlməkləri 3-4 saat vaxt çəkir”.

Vaxtı ilə burada Gürcüstandan gəlib müalicə olunublar. 

Qəsəbə ağsaqqallar şurasının sədri Hacı Osmanov çıxılmaz vəziyyətdə qaldıqlarını deyir.

Rəsmi müraciət yazaraq dəfələrlə TƏBİB rəhbərliyini qəsəbəyə dəvət etdiklərini lakin bir faydası olmadığını deyir. Digər qəsəbə ağsaqqalı Maqsud Bazarov da onlara boş vədlər verildiyini deyir: 

“İndi ailə sağlamlıq mərkəzi adlandırıblar. Amma bu vaxtilə Qabaqçöl kənd xəstəxanası olub. Böyük xəstəxana idi və bütün şöbələri vardı. Şəxsən mən 50-ci illərdə burada müalicə olunmuşam. Gürcüstandan hətta buraya müalicəyə gəlirdilər. Bundan əlavə hələ bir ambulatoru da vardı. O da ləğv olub getdi”. 

Dünya, Avropa və Olimpiya çempionları yetişdirən qəsəbə. 

Qeyd edək ki, Qabaqçöl qəsəbəsi dünya və olimpiya çempionları, məşhur ziyalıları ilə tanınır. Sakinlər qəsəbədə infrasturukturun yetərincə yeniləndiyini təkcə sağlamlıq baxımından ciddi problemlə qarşılaşdıqlarını deyir. Digər qəsəbə sakini, sahibkar Musa Dibirov qəsəbənin infrasturukturundan razılıq edir. 

Deyir ki, qəsəbədə ən vacib infrastruktur obyektlərindən biri yanğınsöndürmə məntəqəsidir ki, inşa olunub. İkincisi polis şöbəsi, qəsəbinin mərkəzində ikimərtəbəli binada yerləşir.

O da ötən il istifadəyə verilib. M.Dibirov  qəsəbə sakinlərinin çətinliyinin yalnız xəstəxana ilə bağlı olduğunu bildirir:

“Biz dəfələrlə Səhiyyə Nazirliyindən, TƏBİB dən xahiş eləmişik ki, bu yenidən inşa olunsun”. 

Musa Dibirov ümid edir ki, onların səsinə səs verən tapılacaq. Kənd ağsaqqalı Hacı Osmanov bildirir ki, qəsəbə ərazisində təkcə ondan çox tanınmış həkim var və hazırda onlar müxtəlif yerlərdə çalışır. Əgər xəstəxana olacaqsa, onların hamısı qəsəbəyə dönüb elə buradaca fəaliyyətlərini davam etdirmək istəyirlər. 

Xəstəxana önündə kənd ağsaqqaları ilə olduğumuz bir saat ərzində Balakən rayon icra hakimiyyəti və yerli sturukturlarının dərhal reaksiya göstərməsi diqqətimizdən yayınmadı. Qəsəbə bələdiyyə və icra nümayəndələsi gələrək sakinlərin haqlı olduğunu qeyd etdilər.

Qəsəbə icra nümayəndəsi Cuma Xəlilov bildirdi ki, onlarda olan məlumata əsasən burada Ailə sağlamlıq mərkəzi inşa olunacaq. 

Məsələ ilə əlaqədar TƏBİB-ə sorğu ünvanladıq. Üzərindən günlər keçməsinə baxmayaraq nə cavab verildi, nə də münasibət öyrənə bildik...

Mövzunu diqqətdə saxlayacağıq. 










Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO