Nikon kamera istehsalını dayandırır 

Nikon kamera istehsalını dayandırır 

Hazırda oxunan: Nikon kamera istehsalını dayandırır 

13925

1948-ci ildən bəri kamera istehsal edən və kameraya istehsalında ağla gələn ilk şirkətlərdən biri olan Nikon, iddialara görə 2020-ci ildə satışların azalması səbəbilə kamera sektorundan çəkilir.

Bizim.Media xəbər verir ki, pandemiyanın bütün dünyanı təsiri altına aldığı maliyyə çətinliklərinin nəhəng kamera istehsalçısı Nikon-u da vurduğu görünür. Keçən aylarda Yaponiyada fəaliyyət göstərən şirkət 49 ildir fəaliyyət göstərən fabriklərinin maddi çətinliklər səbəbi ilə köçürüləcəyini açıqlamışdı.

2020-ci ildə satışlarında böyük bir azalma yaşayan Nikon, iddialara görə kamera sənayesindən çəkilir.

Şirkətdən rəsmi bir açıqlama verilməməsinə baxmayaraq son bir ildə “Nikon”un bazar dəyərindəki eniş, iddiaların doğru olması ehtimalını artırır. 

Yapon iqtisadi jurnalı CIPA, 2020-ci ildə aynasız və DSLR kamera satışlarında azalma olduğunu elan etib.

2019 və 2018-ci illə müqayisədə satışlar təkcə “Nikon”a deyil, digər kamera istehsalçılarını da dərindən təsir edib.

2020-ci ildə kamera bazarında Sony yüzdə 35, Canon yüzdə 30, Fujifilm yüzdə 12 və Olympus yüzdə 8 idi. Nikonda bu nisbət yüzdə 7,5 səviyyəsində qalıb.(Techland)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO