“Səbail” daha bir legioneri göndərir

“Səbail” daha bir legioneri göndərir

Hazırda oxunan: “Səbail” daha bir legioneri göndərir

139232

Azərbaycan Premyer Liqasında yerini qoruyan kimi heyətinə əl gəzdirməyə qərar verən "Səbail" klubu daha bir legionerini göndərir.  

Bizim.Media xəbər verir ki, Qoba Zakpa, Luvaqa Kizito və Qustavo De Fransa ilə yolları ayıran "dənizçilər" Franko Mazureklə bağlı da qərar verib.  

Argentinalı yarımmüdafiəçi komandadan göndəriləcək.   

İcarədə olan Maksim Çex ilə Matiya Lyuçiçə gəlincə, hər ikisinin müqaviləsinin müddəti başa çatdığından geri dönüblər. Həm ukraynalı Çex, həm də serb Lyuçiç məxsus olduqları klubla danışıq aparıb razılıq aldıqdan sonra Azərbaycana dönəcəklərinə söz veriblər.  

Bu mənada Maksim Çexin yenidən Diniyevin rəhbərliyi altında çıxış edəcəyi variantı daha realdır. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO