“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə Ümumdünya Uşaqlar Günü qeyd OLUNUB - FOTO/VİDEO

“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə Ümumdünya Uşaqlar Günü qeyd OLUNUB - FOTO/VİDEO

Hazırda oxunan: “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə Ümumdünya Uşaqlar Günü qeyd OLUNUB - FOTO/VİDEO

139101

“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə 1 İyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Uşaq və Qadın sığınacağında tədbir keçirilib. 

Bizim.Media-ya bu barədə “Mədəniyyət Könüllüləri” İctimai Birliyindən məlumat verilib.

“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri Ülviyyə Bəbirli təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətindən, istedadlı uşaqların daim dövlətmizin qayğısı ilə əhatə olunmasından və bu siyasi kursun uğurlu nəticələrindən bəhs edib.

Həmçinin tədbirdə iştirak edən uşaqların bayramını təbrik edib, onlara yeni nailiyyətlər arzulayıb. 

Tədbirin bədii hissəsində “Səs Azərbaycan – doğma nəğmələr” yarışmasının iştirakçıları İlkin Dövlətov, Türkay Cəfərlinski, Telli Əbilova, Sabir Əliyev, Səttar Qəmbərov, Zaur Gərayev, o cümlədən mədəniyyət könüllüləri Aslan Aslanov, Əli Məhərrəmzadə, Ülvi Həşimov, Əbdül Hüseynzadə ifasında müxtəlif nəğmələr, aşıq havaları səsləndirilib, rəqs nömrələri təqdim olunub.
Sonda “Mədəniyyət Könüllüləri” İctimai Birliyi tərəfindən Uşaq və Qadın sığınacağının balaca üzvlərinə müxtəlif hədiyyələr təqdim olunub.

 







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO