ABŞ Çini qəzəbləndirməyə davam edir

ABŞ Çini qəzəbləndirməyə davam edir

Hazırda oxunan: ABŞ Çini qəzəbləndirməyə davam edir

1391

ABŞ və Yaponiya orduları Çinlə sərhəddə birgə təlimlər həyata keçirir. Təlimlər Çin və Yaponiya arasında mübahisəli ərazilər olan Senkaku adalarında baş tutur.

Bizim.Media CNN -ə istinadən məlumat verir ki,  Senkaku adaları rəsmi olaraq Yaponiyanın nəzarəti altındadır. Lakin rəsmi Pekin adaların tarixi Çin torpaqları olduğunu iddia edir və vaxtaşırı adaların yaxınlığında hərbi təlimlər təşkil edir.

Bu il ərzində Çinin adaların yaxınlığındakı şübhəli fəaliyyətlərinin sayı ən yüksək səviyyəyə çatıb. Birgə təlimlərə ABŞ və Yaponiya tərəfindən ümumilikdə 45 min hərbiçi, 200 döyüş təyyarəsi və 20 hərbi gəmi cəlb edildiyi  qeyd olunub.

Təlimlərin Çinlə ABŞ arasında münasibətlərin gərginləşdiyi bir dövrdə baş verməsi xüsusi diqqət çəkir. ABŞ-da yaxınlaşan seçkilərin fonunda gərginlik daha da şiddətlənir.

Analitiklərin fikrincə, ABŞ və Yaponiya qüvvələrinin birgə təlimləri mübahisəli adalarla bağlı birbaşa Çinə mesajdır. Digər tərəfdən də təlimlər Yaponiya ərazilərinə hər hansı kənar müdaxilə olarsa, ABŞ-ın mövqeyini göstərmək baxımdan da önəmlidir.

Son aylarda Yaponiyanın Cənubi Çin dənizi ölkələri ilə əməkdaşlığı gücləndirməsi Çinin ciddi narazılığına səbəb olmuşdu.

 Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO