Şəmkirin su basan əraziləri belə TƏMİZLƏNDİ - FOTO/VİDEO

Şəmkirin su basan əraziləri belə TƏMİZLƏNDİ - FOTO/VİDEO

Hazırda oxunan: Şəmkirin su basan əraziləri belə TƏMİZLƏNDİ - FOTO/VİDEO

139085

İntensiv yağışlar nəticəsində Şəmkir rayonu ərazisində bəzi ərazilərin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında Nazirliyin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub. 

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, FHN-in qüvvələri tərəfindən gecə saatlarında Şəmkir rayonunun Zəyəm qəsəbəsi və Yeni Həyat kəndində subasmaya məruz qalmış bəzi fərdi ev, həyətyanı sahə və digər ərazilərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

 







Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO