Türk Akademiyasına ödənişlə bağlı protokol təsdiqləndi

Türk Akademiyasına ödənişlə bağlı protokol təsdiqləndi

Hazırda oxunan: Türk Akademiyasına ödənişlə bağlı protokol təsdiqləndi

13903

Prezident İlham Əliyev “Üzv Dövlətlərin Türk Akademiyasının Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokol”un təsdiq edilməsi haqqında fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, sənədə əsasən 2020-ci il noyabrın 28-də İstanbul şəhərində imzalanmış “Üzv Dövlətlərin Türk Akademiyasının Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokol” təsdiq edilib.

 

MÖVZU İLƏ BAĞLI:

YAP idarə heyətinin yeni üzvləri - Tam siyahı - YENİLƏNİB


Sənədə əsasən, bu fərmandakı protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidirlər.

Xarici İşlər Nazirliyinə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tərəflərə bildiriş göndərmək tapşırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO