Ağcabədidə güclü külək bir nəfərin ölümünə səbəb olub - FOTO

Ağcabədidə güclü külək bir nəfərin ölümünə səbəb olub - FOTO

Hazırda oxunan: Ağcabədidə güclü külək bir nəfərin ölümünə səbəb olub - FOTO

139009

Mayın 31-də güclü külək Ağcabədi rayonunun yaşayış məntəqələrində bir sıra fəsadlar törədib. 

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, külək nəticəsində rayon ərazisində ağaclar aşıb, fərdi evlərə və yardımçı binalara, kənd təsərrüfatına ziyan dəyib, yaşayış məntəqələrinin bir çoxunda elektrik enerjisinin verilməsində fasilə yaranıb.  

Rayonun Hindarx qəsəbə sakini, 1963-cü il təvəllüdlü Mamedov Allahverən Qəzənfər oğlu küləyin aşırdığı tut ağacının altında qalaraq dünyasını dəyişib. 

Hazırda küləyin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində iş aparılır. Artıq kəndlərin bəzilərində elektrik enerjisinin verilməsi bərpa olunub. 






Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO