Emin Əfəndi: “Axır ki, xalqın qanını içənlərin məsələsi parlament səviyyəsində müzakirəyə çıxarıldı”

Emin Əfəndi: “Axır ki, xalqın qanını içənlərin məsələsi parlament səviyyəsində müzakirəyə çıxarıldı”

Hazırda oxunan: Emin Əfəndi: “Axır ki, xalqın qanını içənlərin məsələsi parlament səviyyəsində müzakirəyə çıxarıldı”

138999

“Axır ki, xalqın qanını içənlərin məsələsi parlament səviyyəsində müzakirəyə çıxarıldı. Bütün dünyada gedən proseslər onu göstərir ki, hər bir dövlət öz canlısına və cansızına sahib durmaq istəyir. Bizim Prezidentimizin  bu yolda çox nailiyyətlər qazanmağına baxmayaraq, heyif ki vaxtaşırı belə açıqlamalar oxumaq məcburiyyətindəyik”. 

Bizim.Media xəbər verir ki, bunu televiziya aparıcısı və prodüser Emin Əfəndi sosial şəbəkə hesabında qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

"Küçə itlərini yığın, Koreyaya, Çinə satın" - Tahir Kərimli


O, millət vəkili Tahir Kərimlinin Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı ölkədəki sahibsiz itlərlə bağlı açıqlamasını təqid edib: 

“Millət Vəkilimiz, yay öncəsi qlobal “ağcaqanad problemi” ilə yanaşı, inqilabi təklif də irəli sürdü ki, biz Çinə sahibsiz itlərimizi göndərək. Cümlədəki paradoks “İtlərimiz və sahibsiz” məsələsindən də öncə, Çin kimi dövlətə qeyri xammal ixracatı ilə bağlı daha çox paradokscasına səslənir. Elə deyilmi? 

Bəlkə də, bu inqilabi düşüncələrinin arxasında doğrudan da xeyirxah əməl var, və ölkəmiz bizim sahibsiz itlərimizin hesabına böyük kapital əldə edə bilər.

Amma onları Çinə göndərmək üçün ilk növbədə onlara sahib çıxmalıyıq, sahib çıxdıqdan sonra isə inanmıram ki, kimsə onları açıq aşkar ölüm bıçağı altına göndərsin. Canlılara yaxşı rəftar həm dinimizdən, həm də ki, konstitusiyamızdan irəli gəlir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO