İlham Əliyev Moldovanın Baş naziri ilə görüşüb, bu məsələləri MÜZAKİRƏ ETDİ - FOTO/VİDEO

İlham Əliyev Moldovanın Baş naziri ilə görüşüb, bu məsələləri MÜZAKİRƏ ETDİ - FOTO/VİDEO

Hazırda oxunan: İlham Əliyev Moldovanın Baş naziri ilə görüşüb, bu məsələləri MÜZAKİRƏ ETDİ - FOTO/VİDEO

138994

Mayın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kişineuda Moldova Respublikasının Baş naziri Dorin Reçan ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidenti ilə görüşdən məmnunluğunu bildirən Moldovanın Baş naziri dövlətimizin başçısının “Avropa siyasi birliyi”nin Zirvə toplantısında iştirakına görə minnətdarlığını ifadə etdi.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident İlham Əliyev Moldovada səfərdədir - FOTO


Dorin Reçan Müstəqillik Günü və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Prezidentini təbrik etdi. O, Ümummilli Liderin nümunəvi şəxsiyyət olduğunu vurğuladı. 

Prezident İlham Əliyev “Avropa siyasi birliyi”nin Zirvə toplantısının Moldovada keçirilməsi münasibətilə təbriklərini çatdırdı. 

Baş nazir Azərbaycanın Moldovaya göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə etdi. 

Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edildi, Azərbaycan ilə Moldova arasında iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğu bildirildi. Hazırkı ticarət dövriyyəsinin qənaətbəxş olmadığı qeyd edildi. Ticarət dövriyyəsinin şaxələndirilməsinin vacibliyi diqqətə çatdırıldı. Bu xüsusda hökumətlərarası komissiyanın fəaliyyətinin daha da intensivləşdirilməsinin əhəmiyyəti vurğulandı. 

Söhbət zamanı Azərbaycan ilə Moldova arasında kənd təsərrüfatı, elektroenergetika, sərmayələr, infrastruktur layihələri ilə bağlı və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd edildi. Moldovanın üzümçülük və şərabçılıq sahəsində geniş təcrübəsinin, Azərbaycanın da bu sahədə zəngin ənənələrinin olduğu vurğulandı.

Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olduğu bildirildi. 

Dövlətimizin başçısı Moldovanın Baş nazirini Azərbaycana səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu. 
 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO