Bakı qlobal startap ekosistem reytinqində 31 PİLLƏ İRƏLİLƏYİB

Bakı qlobal startap ekosistem reytinqində 31 PİLLƏ İRƏLİLƏYİB

Hazırda oxunan: Bakı qlobal startap ekosistem reytinqində 31 PİLLƏ İRƏLİLƏYİB

138905

30 may 2023-cü ilin tarixində dünyanın qlobal startap ekosistem xəritəsi və araşdırma mərkəzi olan “StartupBlink” təşkilatı tərəfindən Qlobal startap ekosistemi indeksinin 2023-ci il üzrə hesabatının təqdimat konfransı keçirilib.

Bizim.Media "Respublika" qəzetinə istinadən xəbər verir ki, tədbir çərçivəsində Azərbaycanda bu sahədə həyata keçirilən yeniliklər də qeyd olunub.

Hesabatda dünya üzrə startapların inkişafı üçün münbit şəraitin olduğu 100 ölkə və 1000 şəhər seçilib. Ötən illə müqayisədə Azərbaycan reytinqdə 1 pillə, Bakı isə şəhərlərarası reytinqdə 31 pillə irəliləyib.

Reytinq hesablanarkən şəhərlərdə  innovasiya mərkəzlərinin, investorların, qeydə alınmış startapların və akselerasiya proqramlarının sayı, o cümlədən startaplar üçün yaradılmış infrastruktur və onlardan istifadə, güzəşt mexanizmləri, universitetlərdə innovasiya tədbirləri, startap bazar həcmi, tədqiqat və araşdırma işləri kimi meyarlar nəzərə alınır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO