Azər Atakişiyev:

Azər Atakişiyev: "Çılpaqlığı yox, sənəti nümayiş etdirirəm" - MÜSAHİBƏ - FOTO

Hazırda oxunan: Azər Atakişiyev: "Çılpaqlığı yox, sənəti nümayiş etdirirəm" - MÜSAHİBƏ - FOTO

138903

2010-cu ildə "The Best Model of Azerbaijan"ın qalibi, model və aktyor Azər Atakişiyev uzun sürən sükütu yeni fotosessiyası ilə pozub.

Məşhurun bununla bağlı Bizim.Media-ya müsahibəsini təqdim edirik:

 ⁃ Uzun müddətdir sizdən xəbər-ətər yox idi. Yeni işinizlə gündəmə gəldiniz. Niyə görə məhz fotosessiya etmək qərarına gəldiniz?

 ⁃ Komanda olaraq çalışdığım insanların fikir və idealarına hər zaman mən dəstək olmuşam. Bu yeni fotosessiyam isə peşəkar komandamın düşüncəsidir. Hər hansısa bir layihə üzərində işləyən yüz olçüb, bir dəfə biçirik. Sonra həmin layihəni ərsəyə gətiririk. İrəlidə bir sıra yeniliklərim olacaq. Bir sözlə sürətlə irəli.

 ⁃ Fotosessiyanın mahiyyəti, harada və kim tərəfindən lentə alınıb?

 ⁃ Fotosessiya Bakımızın bir sıra məkanlarında baş tutdu. Şəkillərin müəllifi isə peşəkar fotoqraf "Eresmoon"a, idea isə Bəhram Həmidova məxsusdur.



 ⁃ Fotolar arasında açıq-saçıq şəkilləriniz də var. Modellərin yarıçılpaq fotoları cəmiyyət, xüsusi ilə də sosial şəbəkə əhli tərəfindən birmənalı qarşılanmır. Hər zaman tənqid edilir. Bu şəkillərdəm sonra neqativ dolu şərhlərə hazırsınız? 

 ⁃ Mən çılpaqlığı yox, sənəti nümayiş etdirirəm. Bu həyat bir teatrdır, hər kəs öz rolunu oynayır. Çoxları bu həyatda öz rolunu deyil, başqasının rolunu oynamağa çalışır və ya oynayır. Gördüyün işin peşəkarı olmalısan ki, tənqidə məruz qalmayasan. İllərdir bu sənəti həm Vətənim Azərbaycanda, həm də Avropada, qardaş Türkiyədə böyük ustad sənətkarlardan dərs alıb, öyrənmişəm. Bu əziyyəti yerə vurmağın özü bir günahdır. Hər zaman işinin peşəkarı olmalısan. Bunun üçün isə birinci növbədə işini sevməlisən, özünü deyil. Özünə dəyər verməlisən

 ⁃ Hazırda hansı yeni layihələr üzərində çalışırsız? 

 ⁃ Bir sıra məşhur şirkətlərdən təkliflər almışam və təkliflər gəlməkdə davam edir. Sadəcə eqo olaraq qəbul etməyin işini sevən, dəyər verən insan hər təklifə açıq olmalı deyil. Çünki illərdir keçdiyim sənət yolu, qazandığım uğurlarım buna imkan verməz. Bir sıra layihələr üzərində işləyirəm. Allahın izni ilə yaxın zamanda reallaşdıracağam. Azərbaycan, Türkiyə və Avropada çalışdığım komandam var. Durmadan işlər hər üç ölkədə gedir. Gələn təklifləri reallaşdırmaq üçün zaman gedir. Heç zaman tez qərar vermirəm. Düşünüb, araşdırıb sonra bir nəticəyə qəlib qərarımı verirəm. 

 ⁃ Avropada görəcəyiniz iş nədən ibarətdir? 

 ⁃ Sizə eksklüziv açıqlama verim ki, Avropada yeni fotosessiya etmişəm. Bu layihə maraq doğuracaq və diqqət çəkəcək. Artıq son tamamlanma işləri görülür. Tezliklə fərqli bir işlərlə qarşınızda olacağam. 

Rəşad Əliyev, Bizim.Media











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO