“Elə restoranlar var ki, siması xoşlarına gəlməyən müştərini qəbul etmirlər” – Ekspertdən AÇIQLAMA

“Elə restoranlar var ki, siması xoşlarına gəlməyən müştərini qəbul etmirlər” – Ekspertdən AÇIQLAMA

Hazırda oxunan: “Elə restoranlar var ki, siması xoşlarına gəlməyən müştərini qəbul etmirlər” – Ekspertdən AÇIQLAMA

138859

“Restoranlar, şadlıq evləri, o cümlədən rayonlarda yerləşən istirahət mərkəzləri ilə bağlı bizə daim telefon zəngləri gəlir. Bu sahədə istehlakçı hüquqlarının pozulması çox geniş yayılıb. 
Restoranlarda çox əcaib qaydalar qoyulur. Məsələn, üzü dənizə tərəf oturursansa, artıq pul verməlisən. Bəzən isə “face control” edirlər ki, “üzün xoşumuza gəlmir içəri buraxmırıq”. Bəzən də “qadınla gəlmirsənsə, tək buraxmırıq” kimi tələblər səsləndirilir. Eləcə də istehlakçılardan depozit tələb olunması, servis pulu alınması o cümlədən ƏDV çekinin verilməməsi ölkədə çox geniş yayılmış istehlakçı problemlərindən biridir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Ekspertin sözlərinə görə, restoran və kafelərdə istehlakçıların hüquqlarının pozulmasında müvafiq qurumların nəzarətinin zəif olmasının da rolu var:

“Çox təəssüflər olsun ki, Nazirlər Kabinetinin restoran və kafelərlə bağlı işlərini tənmizləyən 94 saylı qərarından başqa bir qərar yoxdur. Həmin qərar isə mükəmməl deyil, çünki saydığımız hallar nəzərə alınmayıb. Sadəcə qeyd edilir ki, menyular olmalıdır və s. 

Dəfələrlə biz Sahibkarlar Konfederasiyası ilə iş aparmağa çalışmışıq ki, restoran və kafelər üçün müəyyən qaydalar tətbiq olunsun. Təəssüf ki, istehlakçı hüquqlarını qorumağa cavabdeh olan İqtisadiyyat Nazirliyinin Yanında Antiinhisar və  Bazara Nəzarət Dövlət Xidməti bu məsələləri tam arxa planda saxlayıb. 

ƏDV çekinin verilməməsi, xüsusən, regionlarda geniş yayılmış haldır.

Digər bir hal isə bəzi obyektlərin  özlərini internet resurslarında reklam edib, cəlbedici materiallar yerləşdirib, sonra kartla pul ödənişi tələb edib rezervasiya edilir. Sonra isə istehlakçı gedir görür ki, real mənzərə reklamdakı ilə eyni deyil. Tamamilə antisanitariya, qiymətlə bağlı, eləcə də başqa uyğunsuzluqlar insanların narazılığına səbəb olur”.

Eyyub Hüseynov istehlakçıların öz hüquqlarını tələb etmələrini və xoşagəlməz vəziyyət yaranarsa, müvafiq qurumlara müraciət etmələrini məsləhət görüb. 

Röyanə Oğuz, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO