"Roma"nın əfsanəsi "Sevilya" ilə final oyunundan DANIŞDI 

Hazırda oxunan: "Roma"nın əfsanəsi "Sevilya" ilə final oyunundan DANIŞDI 

138831

“Roma”nın əfsanəvi futbolçusu Françesko Totti Avropa Liqasının finalında “Sevilya”ya qarşı keçiriləcək oyun haqda danışıb. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş hücumçu “Roma”nın final matçında qələbə qazanmaq üçün fantastik fürsəti olduğunu deyib: 

“Düşünürəm ki, “Sevilya” bu finallarda daha çox təcrübəyə malikdir. Onlar altı finalda oynayıblar və hamısında qalib gəliblər.

Ancaq gec və ya tez, hansısa oyunda uduzacaqlar. Joze Mourinyonun rəhbərlik etdiyi “Roma”da bu fantastik fürsət var. O, belə oyunlarda çoxlu təcrübəyə malik məşqçidir. Mourinyo kimi mütəxəssislər qalib gəlməyə öyrəşiblər. Onlar bu qalibiyyət zehniyyətini komandaya ötürə bilirlər və düşünürəm ki, o, məhz bunu edir.” 
Qeyd edək ki, “Sevilya” və “Roma” arasında Avropa Liqasının final matçı mayın 31-də Budapeştdəki (Macarıstan) Ferents Puşkaş stadionunda keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO