ABŞ dövlət katibinin köməkçisi Azərbaycanda səfərdədir

ABŞ dövlət katibinin köməkçisi Azərbaycanda səfərdədir

Hazırda oxunan: ABŞ dövlət katibinin köməkçisi Azərbaycanda səfərdədir

138801

ABŞ dövlət katibinin Dövlət Enerji Ehtiyatları Bürosu üzrə (ENR) köməkçisi Cefri Payatın Azərbaycana səfəri başlayıb. 

ABŞ-ın Azərbaycandakı səfirliyindən Bizim.Media-ya verilən məlumata görə, səfər 2 iyun tarixinədək davaç edəcək. 

O, Bakıda Neft və Qaz Sərgisi, Xəzər Beynəlxalq Enerji və Yaşıl Enerji Sərgisi və Bakı Enerji Forumundan ibarət olan 28-ci illik Bakı Enerji Həftəsində iştirak edəcək. 

Cefri Payat, enerji təhlükəsizliyi və bərpa olunan enerji mənbələrindən istifadənin artırılması imkanlarını müzakirə etmək üçün Azərbaycan hökumətinin rəsmiləri ilə görüşəcək. 
Dövlət katibinin köməkçisi Pyat təmiz enerji keçidini sürətləndirərkən qlobal enerji təchizatını sabitləşdirmək üçün gələcək beynəlxalq əməkdaşlığı təşviq etmək üçün digər ölkələrin və təşkilatların enerji rəsmiləri ilə də görüşəcək. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO