Baş redaktordan: Cəmiyyət və media Prezidentin siyasi addımlarını yenidən çözə bilmədi

Baş redaktordan: Cəmiyyət və media Prezidentin siyasi addımlarını yenidən çözə bilmədi

Hazırda oxunan: Baş redaktordan: Cəmiyyət və media Prezidentin siyasi addımlarını yenidən çözə bilmədi

13880

Bir neçə gündür ki, Azərbaycan media məkanında və sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyasının Qurultayının keçirilməsi ilə bağlı müzakirələr gedirdi. Qurultayda bir sıra kadrların əvəzlənəcəyi, partiyanın gəncləşdiriləcəyi və müxtəlif şəxslərin adları partiyanın yeni İcra katibi olacağı ilə bağlı proqnozlar səsləndirilirdi. Bundan savayı Siyasi Şurada bir sıra şəxslərin əvəzlənəcəyi geniş müzakirə obyekti olmuşdur.

Bəziləri sevinir, bəziləri gileylənirdi. 

Amma....

Qurultayda verilən qərarlarda Prezident İlham Əliyevin siyasi zəkası bir daha özünü göstərdi. Belə ki, partiyanın Siyasi Şurası baş verə biləcək hər hansı spekulyasiya hallarının qarşısını almaq üçün tam ləğv edildi.

Dəyişilmədi.... biri çıxarılıb yerinə digəri ilə əvəzlənmədi...
 

Komanda və sairə söhbətlərinə yer qoyulmadı! Sadəcə və bir mənalı – ləğv edildi! 


Onsuz Siyasi Şura bir müddət idi ki, öz fəaliyyətsizliyi ilə gündəmdə idi. Şuranın ləğv edilməsi də həm idarəetmə prosesindəki operativliyi təmin etmək, həm də partiyanın gələcək fəaliyyətini sürətləndirməyə xidmət edir.

Digər qərara görə isə, Prezidentin tapşırığı əsasında Əli Əhmədov partiyanın müavini olaraq saxlanılıb. Bu qərar ilk növbədə baş nazirin müavini Əli Əhmədova partiya daxilindəki etimadın göstəricisidir. 

Qurultayda qəbul olunan qərarlardan digəri isə Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının yaradılması ilə bağlıdır.

Prezidentin tapşırığı əsasında partiya daxilində uzun müddət fəaliyyət göstərmiş, Yeni Azərbaycan Partiyasının güclənməsində və inkişafında rol oynamış şəxsləri özündə cəmləşdirəcək. Şuranın yaradılması partiya daxilindəki qocaman üzvlərə hörmətin göstəricisidir və partiyanın qərarlarında yeni kadrlarla yanaşı veteran kadrların da iştirakını stimullaşdırmağa xidmət edəcək.

Bu gün keçirilən qurultayda partiyanın İdarə Heyətinə isə bir neçə gənc kadrların gətirilməsi də xüsusilə diqqət çəkib.

Gənc kadrların partiyanın operativ icra qurumuna daxil edilməsi ilk növbədə İlham Əliyevin qarşıdakı illərdə yürüdəcəyi çevik siyasi xəttə uyğunlaşmağa xidmət edir.

Qurultay nəticəsində əldə olunan qərarlar bir daha göstərdi ki, İlham Əliyev  xarici siyasət üstadı  olmaqla yanaşı, daxili siyasətdə də düşünülmüş qərarları ilə böyük əksəriyyətə dərs keçə biləcək siyasətçidir!
 

Cəmiyyət və media nümayəndələri isə yenidən Prezidentin siyasi addımlarını öncədən çözə bilmədi...


44 günlük müharibə dövründə Prezident İlham Əliyevin “Mən nəyi nə vaxt etməyi çox yaxşı bilirəm” sözləri gələcəklə bağlı da konkret planların mövcud olduğunu və güman ki, YAP-dakı dəyişikliklərin də məhz bu planlara uyğunlaşacaq şəkildə edildiyini bir daha sübut edir.

Anar Tahirov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO