Ermənistan sonun başlanğıcında

Ermənistan sonun başlanğıcında

Hazırda oxunan: Ermənistan sonun başlanğıcında

1388

Müharibənin davam etməsi ölkənin maliyyə və ümumi makroiqtisadi sabitliyinə güclü şəkildə təsir göstərir.

Bizim.Media Beynəlxalq reytinq agentliyi “Fitch”-ə istinadən bildirir ki, agentlik Ermənistanın xarici valyuta emitentinin uzunmüddətli defolt reytinqini BB-dən B + ə endirdi. Əsas səbəb kimi ölkənin daxili nizamsızlığının dərinləşməsi, xarici borcların çoxalması, həmçinin faiz yükünün artması göstərilir.

Həmçinin “Vestikavkaza.ru”- saytındakı məqalədə qeyd olunur ki, hərbi vəziyyətin elan edilməsi və 55 yaşınadək kişilərin hərbi xidmətə çağırılması sahibkar qüvvənin azalmasına, işcilərin işsiz qalmasına səbəb olmaqla, Ermənistanda bir çox işgüzar sektorun fəaliyyətini məhdudlaşdırdı.

Ermənistan Statistika Komitəsinin rəsmi açıqlamasına görə, Pandemiyanın avqustdakı təsiri nəticəsində ilin əvvəlində qeydə alınan iqtisadi göstəricilər indiki ilə müqayisədə 17,4% azalıb. Bu, artıq ölkə iqtisadiyyatına ağır zərbə kimi qəbul edilib.



Erməni sahibkarlar üzləşdikləri çətinlikləri açıq şəkildə bəyan edirlər. İstehsal prosesinin tamamilə və ya qismən dayandırılmasının qazanca ciddi mənfi təsir göstərdiyini söyləyirlər. Nəticədə vergi ödəmələrinin kəskin azalması ilə, Ermənistan büdcəsinə ağır zərbə dəyəcək.

Hətta Ermənistan Maliyyə Nazirliyinin açıqlamasına görə, bu il dövlət vergi gəlirləri ilə bağlı proqnozlar açıqlanmayacaq.

Əlavə olaraq, orduya kömək məqsədilə yoxsul insanlardan yığılan ianələr Ermənistan vətəndaşlarının rifahını daha da pisləşdirir.

Absurd hərəkətlərə əl atan Ermənistan hakimiyyəti isə belə mövcud vəziyyətlə sonun başlanğıcında olduğunu hələ də anlaya bilmir.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO