Qubada \

Qubada \"Oxu bayramı\" keçirilib - FOTO

Hazırda oxunan: Qubada \"Oxu bayramı\" keçirilib - FOTO

138765

Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Qubada dahi liderə həsr olunmuş “Oxu bayramı” keçirilib. Kitabsevərlər bu dəfə Heydər Əliyevə həsr olunmuş kitabların sərgisinə baxış keçiriblər.

Quba Mədəniyyət Mərkəzinin qarşısında baş tutan “Oxu bayramı”nda Quba İH başçısı Ziyəddin Əliyev və İH-nin məsul şəxsləri, Xaçmaz regional mədəniyyət idarəsunin yeni rəisi Ramil Rəhimov, ictimaiyyət nümayəndələri, şəhid ailələri, ziyalılar iştirak ediblər.
Quba İH başçısı Ziyəddin Əliyev “Oxu bayramı”nın məhz Heydər Əliyevə həsr olunmasını təqdirəlayiq hesab edərək milli öndərin kitablara sığmaz mənalı həyat yolunun məhz xatirələrdə deyil, yazılmış çoxsaylı əsərlərdə də yaşandığını deyib və oxucu fəallığına görə təşkilatçıların hər birinə minnətdarlığını bildirib.

Çıxışlarda “Oxu bayramı”nın gənclərin mütaliə vərdişlərinin artırılması istiqamətindəki rolundan da danışılıb.

Quba İH başçısı Ziyəddin Əliyev “Oxu bayramı”nın yüksək səviyyədə təşkil edilməsinə görə Quba Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Saməddin Nəsirova və digər təşkilatçılara Quba İH-nin Fəxri Fərmanını təqdim edib.

Bədii hissə məktəblilərin ifasında şeir və mahnıların səslənməsi ilə davam edib.









Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO