“Əminəm ki, bu səfər (İsrail Prezidentinin səfəri – red.) ölkələrimiz arasında dost münasibətlərin inkişafına stimul verəcək”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla geniş tərkibdə görüşdə söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan və İsrail prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
İsrail Prezidenti ilə ikitərəfli münasibətlərin gündəliyi və regional məsələlər barədə çox yaxşı müzakirələrin aparıldığını söyləyən dövlət başçısı deyib:
“Əminəm ki, heyət nümayəndələri ilə görüşlər, bilavasitə Sizinlə bu gün və sabah aparacağımız söhbət çərçivəsində geniş səpkidə məsələlər müzakirə olunacaq”.
Bizim.Media