Şahin Mustafayev erməni və rus həmkarları ilə Moskvada görüşəcək

Şahin Mustafayev erməni və rus həmkarları ilə Moskvada görüşəcək

Hazırda oxunan: Şahin Mustafayev erməni və rus həmkarları ilə Moskvada görüşəcək

138712

Azərbaycan (Şahin Mustafayev), Ermənistan (Mqer Qriqoryan) və Rusiya (Aleksey Overçuk) baş nazirlərinin müavinləri səviyyəsində nəqliyyat kommunikasiyaları üzrə üçtərəfli işçi qrupunun iclası bu həftə baş tutacaq.

Bizim.Media "Sputnik Armenia" nəşrinə istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib.

Onun sözlərinə görə, işçi qrupun işi nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması məsələlərinə aiddir:

"Söhbət dövlət sərhədinin delimitasiyasından getmir".

Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyan və İlham Əliyevin iştirakı ilə üçtərəfli görüşü açaraq bildirib ki, gələn həftə Moskvada Ermənistan, Rusiya və Azərbaycan liderləri səviyyəsində üçtərəfli danışıqlardan sonra baş nazirin müavinləri görüşəcək. 

Xatırladaq ki, üçtərəfli komissiyanın funksiyalarına Cənubi Qafqazda nəqliyyat və iqtisadi kommunikasiyaların blokadadan çıxarılması mexanizmlərinin işlənib hazırlanması və həyata keçirilməsi daxildir.
2021-ci il yanvarın 11-də komissiyanın nümayəndələri üç ölkənin baş nazirinin müavinləri səviyyəsində regionda nəqliyyat və iqtisadi əlaqələrin qurulması ilə məşğul olan işçi qrupunun yaradılması barədə razılığa gəliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO