Hərbi Qənimətlər Parkı - VİDEO

Hərbi Qənimətlər Parkı - VİDEO

Hazırda oxunan: Hərbi Qənimətlər Parkı - VİDEO

138599
Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun qazandığı tarixi zəfərin nümayiş etdirilməsi üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə Xətai rayonu ərazisində Hərbi Qənimətlər Parkı salınıb.

Sfera.az xəbər verir ki, parkda Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-yədək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.

Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində "Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya da park ərazisində sərgilənir. Xatırladaq ki, parkın inşasına 2021-ci ilin yanvar ayında başlanılıb.

Hərbi Qənimətlər Parkından videreportajı təqdim edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO