“Günay Bank” əmanətçiləri üçün ŞAD XƏBƏR: Kompensasiyanın veriləcəyi tarix AÇIQLANDI 

“Günay Bank” əmanətçiləri üçün ŞAD XƏBƏR: Kompensasiyanın veriləcəyi tarix AÇIQLANDI 

Hazırda oxunan: “Günay Bank” əmanətçiləri üçün ŞAD XƏBƏR: Kompensasiyanın veriləcəyi tarix AÇIQLANDI 

138546

Fəaliyyətini dayandırmış “Günay Bank” ASC-nin əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün tarix açıqlanıb. 

Bizim.Media xəbər verir ki, 19 iyundan etibarən əmanətçilərə kompensasiyaların ödənilməsinə başlanılacaq.  
 

MÖVZU İLƏ BAĞLI:

“Günay Bank”da 70 milyon manat əmanət niyə batdı? – ARAŞDIRMA 


"Əmanətlərin sığoratalanması haqqında" Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişi ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Kompensasiyaların ödənilməsi üçün sənəd qəbulunun yeri barədə əlavə məlumat veriləcək. 

Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə etmək mümkün olacaq. 

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3 (103)-42/2023 nömrəli 18 may 2023-cü il tarixli qərarı ilə “Günay Bank” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu adıçəkilən Bankın ləğvedicisi təyin edilib.

Həmçinin, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Günay Bank” ASC-də sığorta hadisəsi günü 18 may 2023-cü il müəyyən edilib. 

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO