Zelenskidən İrana qarşı 50 illik SANKSİYA TƏKLİFİ  

Zelenskidən İrana qarşı 50 illik SANKSİYA TƏKLİFİ  

Hazırda oxunan: Zelenskidən İrana qarşı 50 illik SANKSİYA TƏKLİFİ  

138505

Prezident Vladimir Zelenski İrana qarşı 50 il müddətinə sanksiyaların tətbiqi təşəbbüsü ilə çıxış edib. 

Bizim.Media “UNİAN”a istinadla xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 27 may 2023-cü il tarixli qərarının təsdiq edilməsini təklif edən dövlət başçısının müvafiq qərar layihəsi artıq Ali Radada qeydə alınıb.

Sənəd İran İslam Respublikasına qarşı sektoral xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin tətbiqini nəzərdə tutur. 

Milli Təhlükəsizlik və Müdafiə Şurasının dərc olunmuş qərarında Ukrayna Nazirlər Kabinetinin İrana qarşı sanksiyalarla bağlı təqdim etdiyi təkliflərin dəstəklənməsindən bəhs edilir və onların qüvvədə olma müddətinin 50 il olması müəyyən edilib. Xüsusilə təklif olunur: 

- İran rezidentləri ilə hərbi və ikili təyinatlı mallarla ticarət əməliyyatlarına və ölkə rezidentləri ilə belə malların satışı, saxlanması, istehsalı ilə bağlı xidmətlərə tam qadağa tətbiq etmək; 

- Yuxarıda göstərilən əməliyyatlarla əlaqədar İran sakinləri tərəfindən Ukrayna ərazisindən resursların tranzitini, uçuşları və daşımalarını dayandırmaq; 

- İran sakinlərinin xeyrinə iqtisadi və maliyyə öhdəliklərinin yerinə yetirilməsini dayandırmaq, rezidentlərin Ukraynadan kənarda kapital çıxarmasının qarşısını almaq; 
Bundan əlavə, İran sakinlərinə texnologiya və əqli mülkiyyət hüquqlarının ötürülməsini qadağan etmək, İranda hər hansı investisiyaya qadağa qoymaq, rezidentlər tərəfindən buraxılan elektron ödəniş alətlərinə xidmətin dayandırılması təklif edilir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO