Ramiz Mehdiyev: “5-ci kalon məsələsini ortaya atıblar”

Ramiz Mehdiyev: “5-ci kalon məsələsini ortaya atıblar”

Hazırda oxunan: Ramiz Mehdiyev: “5-ci kalon məsələsini ortaya atıblar”

13849

“Biz bir nəfər kimi Heydər Əliyev və İlham Əliyev dəyərlərinə borcluyuq və elə də olmalıdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri AMEA-nın rəhbəri Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasının VII qurultayında jurnalsitlərə açıqlamasında deyib.

Onun sözlərinə görə hazırda prezidentə sadiq olmayan məmurlar yoxdur:

“5-ci kalon məsələsini ortaya atıblar. Doğurdan da ölkə başçısına sədaqətli olan insanları günahlandırırlar. Bizim dövrümüzdə, indi və əvvəlki vaxtda da cənab prezidentə sadiq olmayan məmurlar yoxdur. Yəni mən tanımıram. Çünki Azərbaycanın gələciyi budur və bu yoldur”. 

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının (YAP) qapalı şəraitdə VII qurultayı başa çatıb. 

Alçina Amilqızı, Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO