İsrail Prezidenti mayın 30-da Azərbaycana gələcək

İsrail Prezidenti mayın 30-da Azərbaycana gələcək

Hazırda oxunan: İsrail Prezidenti mayın 30-da Azərbaycana gələcək

138442

İsrail Prezidenti İshaq Hersoq mayın 30-da Azərbaycana gələcək.

Bizim.Media xəbər verir ki, bu barədə İsrailin “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Bildirilib ki, Yaxın Şərq ölkəsinin başçısının səfəri iki gün davam edəcək. Rəsmi şəxslərdən əlavə, Hersoq Azərbaycanın yəhudi icmasının nümayəndələri ilə görüşməyi və İsrailin müstəqilliyinin 75-ci ildönümünə həsr olunmuş xüsusi tədbirdə iştirak etməyi planlaşdırır. 
Nəşr İsrail Prezidentinin səfərinin əsas məqsədi kimi iki dövlət arasında strateji əlaqələrin gücləndirilməsi adlandırır.

Bakıya səfərində Hersoqu İsrailin daxili işlər və səhiyyə naziri Moşe Arbel müşayiət edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO