Makron: “Fransa və Azərbaycan iqtisadi, təhsil sahələrində tərəfdaşlığa əsaslanan möhkəm əlaqələr qurub”

Makron: “Fransa və Azərbaycan iqtisadi, təhsil sahələrində tərəfdaşlığa əsaslanan möhkəm əlaqələr qurub”

Hazırda oxunan: Makron: “Fransa və Azərbaycan iqtisadi, təhsil sahələrində tərəfdaşlığa əsaslanan möhkəm əlaqələr qurub”

138332

“Ötən otuz il ərzində və diplomatik münasibətlərimizin qurulmasından bəri Fransa və Azərbaycan iqtisadi, universitet və təhsil sahələrində tərəfdaşlığa əsaslanan möhkəm əlaqələr qurub”. 

Bizim.Media xəbər verir ki, bu barədə Fransa Respublikasının Prezidenti Emmanuel Makronun 28 May – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanlandığı təbrik məktubunda bildirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Makrondan İlham Əliyevə: “Sizinlə Avropa Siyasi Birliyinin ikinci sammitində görüşməkdən məmnunam”


“Avropa və xarici işlər naziri Katrin Kollonanın aprelin 26-27-də Bakıya səfəri ikitərəfli münasibətlərimizi inkişaf etdirmək üçün ümumi istəyimizi görməyə imkan verdi və bu, məni məmnun edir.

Bu, həmçinin Fransanın Azərbaycan ilə Ermənistan arasında ədalətli və davamlı, bütün regionun sabitliyi və rifahı üçün zəruri olan sülh naminə öhdəliyini xatırlamağa imkan verdi", - deyə E.Makron qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO