Maya Sandu İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Maya Sandu İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Hazırda oxunan: Maya Sandu İlham Əliyevə təbrik məktubu ünvanlayıb

138172

Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, mətndə deyilir: 

"Zati-aliləri! 

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi Moldova Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. 

Fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin dinamik inkişafı və fəal xarici siyasət yürüdülməsi yolunda qazandığı mühüm nailiyyətləri qeyd etmək istəyirəm. 
Mən Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında dostluğa, anlaşmaya və qarşılıqlı hörmətə əsaslanan yaxşı münasibətləri yüksək qiymətləndirirəm.

Eyni zamanda, Moldova-Azərbaycan münasibətlərinin mövcud potensialından ölkələrimizin ümumi mənafeyi naminə tam istifadəsinə töhfə vermək məqsədi daşıyan siyasi dialoqun konstruktiv xarakterini qeyd etmək istərdim. 

Qəti əminəm ki, biz qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı birgə səylərlə intensivləşdirə və şaxələndirə biləcəyik. 

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Azərbaycan xalqına sülh, firavanlıq və əmin-amanlıq arzulayıram. 

Zati-aliləri, “Avropa siyasi birliyi”nin ikinci Zirvə toplantısında iştirak üçün Moldova Respublikasına səfəriniz ərəfəsində ən yüksək ehtiramımı qəbul edin". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO