Prezident: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün ciddi imkanlar var - VİDEO

Prezident: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün ciddi imkanlar var - VİDEO

Hazırda oxunan: Prezident: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün ciddi imkanlar var - VİDEO

137970

“Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir”. 

Bizim.Media xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxış edərkən deyib. 

İclasda qonaq qismində iştirak edən dövlətimizin başçısı çıxışında bildirib:

“Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var”. 

Ölkə başçısı, həmçinin bu gün Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli görüşünün keçiriləcəyini vurğulayıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO