Yük avtomobilini polisin üzərinə sürən SÜRÜCÜ SAXLANILDI - FOTO

Yük avtomobilini polisin üzərinə sürən SÜRÜCÜ SAXLANILDI - FOTO

Hazırda oxunan: Yük avtomobilini polisin üzərinə sürən SÜRÜCÜ SAXLANILDI - FOTO

137955

24.05.2023-cü il tarixdə, saat 11:50 radələrində Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 47.5-ci km-də “Kamaz” markalı, 16-BD-057 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü İsmayılov Rövşən Dilən oğlu apardığı yükün çəkisinin müəyyən edilməsi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb.

Lakin, nəqliyyat vasitəsinin tərəziyə çıxarılması barədə göstərişə aqressiv reaksiya verən sürücü Rövşən İsmayılov polisin qanuni tələbini yerinə yetirməkdən qərəzli şəkildə imtina edib və avtomobili polis əməkdaşlarının üzərinə sürməyə cəhd edərək ərazidən uzaqlaşmağa çalışıb.
Bizim.Media DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, görülmüş tədbirlər nəticəsində yük avtomobilinin sürücüsü saxlanılıb və polisin qanuni tələbinə əməl etmədiyinə görə barəsində müvafiq sənədləşmə aparılaraq baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə R.İsmayılov təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO