Renat Dadaşov millimizə ÇAĞIRILDI

Renat Dadaşov millimizə ÇAĞIRILDI

Hazırda oxunan: Renat Dadaşov millimizə ÇAĞIRILDI

137908

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasının 2023/24 mövsümü öncəsi yay təlim-məşq toplanışına gec qoşulacaq.  

Bizim.Media xəbər verir ki, bu barədə yerli “Blick” nəşri məlumat yayıb.  

Bildirilib ki, Super Liqa təmsilçisi mövsümlərarası hazırlığa iyunun 19-da Bazeldə start verəcək. 

Lakin Dadaşov da daxil olmaqla, 4 oyunçu toplanışın ilk günlərində düşərgədə olmayacaq. Səbəb isə odur ki, onlar həmin vaxt milli komandalarında yer alacaqlar.

Yəni Dadaşov iyunun 17-də AM-2024-ün seçmə mərhələsində Estoniya ilə “Dalğa Arena”da keçiriləcək oyunda Azərbaycan millisinin heyətində olacaq. Yığma üzvlərinə klubda əlavə bir neçə günlük istirahət veriləcək. 
Xatırladaq ki, “Qrasshopper” İsveçrə çempionatında sona iki tur qalmış turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO