Azərbaycanda hava nəqliyyatı ilə yükdaşımalar ARTIB 

Azərbaycanda hava nəqliyyatı ilə yükdaşımalar ARTIB 

Hazırda oxunan: Azərbaycanda hava nəqliyyatı ilə yükdaşımalar ARTIB 

137851

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda hava nəqliyyatı ilə yük daşımaları 735,5 min ton olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. 

Məlumata görə, bu, ötən ilin analoji dövrünün göstəricisindən 58,6 faiz çoxdur. 

Hava nəqliyyatı ilə sərnişin daşımaları 63,4 min nəfər olub ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 64,8 faiz azdır. 

Bu zaman daşınmaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrin payına düşüb. 

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda bütün nəqliyyat növləri ilə yük daşımaları 71,2 milyon ton olub ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 5,9 faiz çoxdur.

Hesabat dövründə Azərbaycanda sərnişin daşımaları 578,6 milyon nəfəri ötüb ki, bu da 2022-ci ilin göstəricisindən 19,2 faiz çoxdur. Sərnişinlərin böyük hissəsi (87,1 faiz) avtonəqliyyatla, 12,4 faizi metropolitenlə, 0,5 faizi isə digər nəqliyyat növləri ilə daşınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO