Əmanətlərin Sığortalanması Fondu bu bankın kreditorlarına MÜRACİƏT EDİB 

Əmanətlərin Sığortalanması Fondu bu bankın kreditorlarına MÜRACİƏT EDİB 

Hazırda oxunan: Əmanətlərin Sığortalanması Fondu bu bankın kreditorlarına MÜRACİƏT EDİB 

137800

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Günay Bank” ASC –nin kreditorlarına müraciət edib. 

Fonddan Bizim.Media-ya bildirilib ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 18 may tarixli, 2-3(103)-42/2023 nömrəli qərarı ilə “Günay Bank” ASC müflis elan olunub və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilib. 

"Banklar haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər: 

kreditorun adı və ünvanı; 

tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri; 

tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat. 

Ləğv prosesində olan “Günay Bank” ASC-nin kreditorlarından xahiş olunur ki, iyulun 18-dək kreditor tələblərinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər: 
“Günay Bank” ASC-nin Baş ofisi 

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 45 

Əlaqə: (+994) 941 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO