Bu gün futzal üzrə 2022-2023-cü il mövsümünün son oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan kubokunun sahibini müəyyənləşdirən matçda Yüksək Liqanın gümüş və bürünc medalçıları - “Neftçi” İK və “Baku Fire” qarşılaşıb. “Neftçi” İK həm də Azərbaycan kubokunun ötənilki sahibidir.
Birinci hissənin ilk 10 dəqiqəsi daha çox qarşılıqlı hücumlarla yadda qalıb. Hesab isə 12-ci dəqiqədə açılıb. Bundan sonra nominal qonaqlar ardıcıl qollar vurmaqla fasiləyə 4 top üstünlüklə yollanmağı bacarıb.
İkinci hissəni “Neftçi” İK daha çox qapıçını meydan oyunçusu ilə əvəzetməklə keçirsə də, hesabda geridönüş edə bilmədi. Son dəqiqədə isə 2 10 metrlik cərimə zərbəsindən yararlana bilmədi. Əksinə, rəqib fərqi artırdı, qələbəsini təmin etdi. Yekunda qələbə qazanan “Baku Fire” ilk dəfə Azərbaycan kubokunu qazandı.
Neftçi İK – Baku Fire (0:4) 0:5
24 may. Bakı İdman Sarayı. Saat 14:00
Qollar: Oruc Baxşəlizadə, 11:07, İaqo Henrique, 14:00, Tofiq Əliyev, 15:31, 29:30, Elvin Quliyev, 17:2
Bizim.Media
- A-
- A
- A+
İdman
19:36 / 24.05.2023
“Baku Fire” Azərbaycan kubokunun qalibi oldu
Hazırda oxunan: “Baku Fire” Azərbaycan kubokunun qalibi oldu
Hazırda oxunan: “Baku Fire” Azərbaycan kubokunun qalibi oldu
137798
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.