Sürücülərin NƏZƏRİNƏ: Bakıda yeni radar quraşdırıldı - VİDEO 

Sürücülərin NƏZƏRİNƏ: Bakıda yeni radar quraşdırıldı - VİDEO 

Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ: Bakıda yeni radar quraşdırıldı - VİDEO 

137610

Bakıda yeni radar cihazı quraşdırılıb. 

Bizim.Media xəbər verir ki, həmin cihaz Xətai rayonu, “8 Noyabr” prospektində, “Ağ Şəhər” istiqamətində yolun sağ tərəfində qoyulub. 

Dirək formasında olan cihaz ən son texnologiya və müasir avadanlıqlarla təchiz olunub. 

Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyir ki, bu cihaz üç funksiyanı eyni anda icra edə bilir. 
O bildirib ki, müasir cihaz gecə və gündüz şəraitində quraşdırıldığı ərazidə görüntüləri kefiyyətli formada qeyd edir. Elməddin Muradlı hesab edir ki, funksiyaları çox olan bu cihaz respublika əhəmiyyətli yollarda da quraşdırılmalıdır. 

Sözügedən radarın quraşdırılmasını sürücülər isə birmənalı olaraq dəstəkləyiblər. Onlar təhlükəsizlik baxımından sürücülər üçün effektli olacağını düşünürlər. 

Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev isə bildirib ki, hərəkətin təhlükəsizliyi üçün qurulan radar qurğusu hələlik test mərhələsindədir və ona görə də radar qurğusu heç bir cərimə qeydə almır. 

Daha ətraflı süjetdə: 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO