Seymur Qurban oğlu Mərdəliyev Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı bu gün Sərəncam imzalayıb.
MÖVZU İLƏ BAĞLI:
Seymur Mərdəliyev Ukraynaya səfir TƏYİN EDİLDİ
Dövlət başçısının imzaladığı sərəncama əsasən, Elmira Axundova Azərbaycanın Ukraynadakı səfiri vəzifəsindən geri çağırılıb, onun yerinə Seymur Qurban oğlu Mərdəliyev təyin olunub.
Seymur Mərdəliyev yeni təyinata qədər Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsində çalışıb.
Məlumat üçün bildirək ki, Seymur Mərdəliyev uzun müddət Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) müxtəlif vəzifələrdə çalışıb.
O, eyni zamanda XİN-də humanitar və sosial məsələlər idarəsinin şöbə müdiri vəzifəsini icra edib.
2017-ci ildə o, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
S.Mərdəliyev 2019-cu il dekabrın 26-dan etibarən Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsində işləyib.
Bizim.Media