Şamaxıda su təchizatı anbarlarının tikintisinə 1 milyon manat XƏRCLƏNƏCƏK – TENDER/FOTO 

Şamaxıda su təchizatı anbarlarının tikintisinə 1 milyon manat XƏRCLƏNƏCƏK – TENDER/FOTO 

Hazırda oxunan: Şamaxıda su təchizatı anbarlarının tikintisinə 1 milyon manat XƏRCLƏNƏCƏK – TENDER/FOTO 

137473

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Şamaxı şəhərinin su təchizatı şəbəkəsinin texnoloji proseslərinə dispeçer nəzarəti və optimallaşdırılması üçün SCADA sisteminə inteqrasiyası işlərinin satın alınması” üçün fevralı 27-də elan etdiyi tenderin nəticələrini və qalibini açıqlayıb.  

Bizim.Media xəbər verir ki, ümumi dəyəri 999 min 111 manat olan tenderin qalibi “Statcontrol” MMC (VÖEN - 1805853111) olub.  

Tenderin şərtlərinə görə, şirkət “Azərsu” ASC üçün həm Şamaxı şəhəri və  rayonun Həmyə kəndi ərazisində yeni anbarların tikintisini, həm də İstehsal və texnoloji obyektlərin monitorinqi sisteminin qurulması üçün proqram təminatının satınalınmasını həyata keçirəcək.  

Qeyd edək ki, internet resurslarında şirkətlə bağlı araşdırma aparsaq da, heç bir məlumata rast gəlmədik. Hətta hansı üvanda yerləşdiyi, neçə ildə yaradıldığı, qanuni rəhbərinin kim olduğu belə bəlli deyil.  

Şirkətin sadəcə İN yanında DVX-nin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alındığı məlumdur.  






Röşvən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO