Gəncədə YANĞIN OLUB

Gəncədə YANĞIN OLUB

Hazırda oxunan: Gəncədə YANĞIN OLUB

137407

Gəncə sakininə məxsus təsərrüfatda yanğın olub. 

Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb. 

Gəncə şəhər sakini, 1962-ci il təvəllüdlü Əkbər Bağırova məxsus fərdi evin qarşısında olan tövlədə yanğın olub. 

Yanğın nəticəsində tövlənin dam örtüyü və orda olan 10 ədəd ot bağlamaları yanıb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları cəlb olunub və yanğın söndürülüb. Fərdi ev və ətrafdakı tikililər yanğından mühafizə olunub. 

Hadisənin başvermə səbəbləri araşdırılır. 

Qeyd edək ki, yanğın nəticəsində xəsarət alan olmayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO