“Gəncə” final seriyasında hesabı bərabərləşdirdi - FOTO 

“Gəncə” final seriyasında hesabı bərabərləşdirdi - FOTO 

Hazırda oxunan: “Gəncə” final seriyasında hesabı bərabərləşdirdi - FOTO 

137398

Azərbaycan Basketbol Liqasının (ABL) "Sabah" və "Gəncə" komandaları arasında final seriyasının ikinci oyunu baş tutub.  

Bizim.Media xəbər verir ki, gərgin və maraqlı mübarizə şəraitində davam edən oyunun sonuna yaxın üstünlüyü əldən verən "Sabah" komandası 78-74 hesabı ilə "Gəncə" basketbolçularına məğlub olub.  

Bu qələbə ilə "Gəncə" seriyadakı hesabı (1-1) bərabərləşdirib.  

Ən məhsuldar basketbolçular:  "Gəncə BK" ( Kollin Törner - 14 xal, 7 ribaund), "Sabah BK" ( Entoni Patti - 26 xal, 14 ribaund ).  

Final seriyasının üçüncü oyunu 24 may saat 19:30-da baş tutacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO