Prezident: “Bərpaolunan enerji məsələləri Azərbaycanın və Litvanın gündəliyinə daxil edilib”

Prezident: “Bərpaolunan enerji məsələləri Azərbaycanın və Litvanın gündəliyinə daxil edilib”

Hazırda oxunan: Prezident: “Bərpaolunan enerji məsələləri Azərbaycanın və Litvanın gündəliyinə daxil edilib”

137382

“Bu gün biz cənab Prezident Nauseda ilə əməkdaşlıq üçün potensial sahələri geniş şəkildə müzakirə etdik. Prezident onları artıq qeyd etdi. Fikrimcə, potensial həqiqətən var. Biz bərpaolunan enerji sahəsinə yatırımlar baxımından eyni istiqamətdə gedirik”. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Azərbaycan-Litva biznes forumunun açılış mərasimindəki çıxışında deyib. 

Baltik və Xəzər dənizlərində çox böyük külək enerjisi potensialının olduğunu və bu məsələnin hər iki ölkənin gündəliyinə daxil edildiyini vurğulayan Azərbaycan Prezidenti bildirib:

“Bizə gəldikdə, bizdə enerji təhlükəsizliyi mövcuddur. Lakin, bununla belə, biz ixrac məqsədləri üçün daha çox təbii qaza qənaət etmək və elektrik enerjisinin istehsalı üçün təbiətimizin günəş və külək enerjilərindən istifadə etmək istərdik. Xüsusən də, nəzərə alsaq ki, ötən ilin iyulunda Avropa Komissiyası və Azərbaycan Enerji sahəsində Strateji Tərəfdaşlıqla bağlı Anlaşma Memorandumunu imzaladılar”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO