Tovuzda itkin düşən 13 yaşlı qızla bağlı RƏSMİ AÇIQLAMA 

Tovuzda itkin düşən 13 yaşlı qızla bağlı RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Tovuzda itkin düşən 13 yaşlı qızla bağlı RƏSMİ AÇIQLAMA 

137306

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Əfsanə Tağıyevanın yeri Xaçmaz rayonunda müəyyənləşdirilib. 

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Artıq polis əməkdaşları Ə.Tağıyeva ilə əlaqə saxlayıb, səhhətinin normal olduğu, həyati təhlükəsinin olmadığı dəqiqləşdirilib.

İlkin məlumata görə, Ə.Tağıyeva ailə qurmaq üçün öz istəyi ilə Xaçmaz rayonuna gedib.

Tezliklə qız ailəsinə təhvil veriləcək. Araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO